"Səbail növbəti transferini həyata keçirib. Paytaxt klubu Kevin Brandonun keçidini rəsmiləşdirib. "Səbailin "Facebook hesabında sözügedən oyunçunun yeni komandasının formasında şəkli paylaşılıb. Lakin tərəflər arasında imzalanan müqavilənin şərtləri və digər detallar barədə hansısa məlumat verilməyib.

Unikal.org-un məlumatına görə, konqo əsili futbolçunun transfer qiyməti dünyaca məşhur "transfermarkt" saytında 300 min funtsterlinq (təxm: 685 min manat) dəyərində göstərilib. Saytda yazılana görə, paytaxt klubu Kevin Brandonu heyətinə qatmaq üçün göstərilən qiyməti ödəyib.

Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, "Səbail klubunun sahibi Rövnəq Abdullayevin qardaşıoğlu Tamerlan Abdullayevdir və klub SOCAR-dan maliyyələşir.

Rəsmi mənbələrə görə, Klubun idarə sistemi Müşahidə Şurasıdır.

Aygün İlqarqızı