Kriştiano Ronaldonun "Yuventusa transferindən sonra daha bir ulduz futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

Unikal.org "Tuttosporta istinadən xəbər verir ki, yenidən Çempionlar Liqasında çıxış edəcək "İnter daha güclü heyət qurmağı planlaşdırır. Bu planın əsas hissəsi isə "Barselonanın argentinalı ulduzu Lionel Messidir. Klubun rəsmisi Marko Tronçetti açıqlamasında "fair-pley qaydaları icazə verərsə, Messini transfer etmək istəyirik deyib.

Ötən mövsüm "Barsa ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadan Messinin sərbəst qalma məbləği 700 milyon avrodur.