FİFA ilin futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

Unikal.org  xəbər verir ki,bu ada 10 oyunçu iddia edir.

"Ən yaxşı" mükafatı uğrunda mübarizə aparacaq kişi futbolçuların siyahısı belədi: Luka Modriç (Xorvatiya, "Real"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"/"Yuventus"), Rafael Varan (Fransa, "Real"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Kilian Mbappe (Fransa, PSJ), Lionel Messi (Argentina, "Barselona"), Eden Azar (Belçika, "Çelsi"), Kevin De Bröyne (Belçika, "Mançester Siti"), Harri Keyn (İngiltərə, "Tottenhem"), Məhəmməd Salah (Misir, "Liverpul").Ən yaxşı qadın futbolçu adına isə Lusi Bronz (İngiltərə, "Lion"), Pernil Harder (Danimark, "Volfsburq"), Ada Heqerberq (Norveç, "Lion"), Amandin Anri (Fransa, "Lion"), Samanta Kerr (Avstraliya, "Skay Blue", "Pert Qlori", "Çikaqo Red Stars"), Saki Kumaqai (Yaponiya, "Lion"), Cenifer Marojan (Almaniya, "Lion"), Marta (Braziliya, "Orlando Pride"), Meqan Rapinoe (ABŞ, "Sietl Reyq"), Uendi Renar (Fransa, "Lion") namizəddi.

Qeyd edək ki, sentyabr ayının əvvəllərində ən yaxşı adına namizədlərin sayı 3-ə endiriləcək. Sentyabrın 24-də Londonda təşkil olunacaq tədbirdə isə qaliblər mükafatlandırılacaq.