DÇ-2018-in ən gözəl qolu müəyyənləşib.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu barədə FİFA öz saytında səsvermə keçirib. Ümumilikdə 64 matçda qeydə alınan 169 qoldan 18-nin namizəd kimi göstərildiyi seçimlərdə azarkeşlər Benjamin Pavarın qolunu önə çıxarıblar.

Belə ki, Fransa ilə Argentina arasındakı 1/8 final mərhələsi matçında birincilərin müdafiəçisinin hesabı 2:2 edən qolu bütün digər namizədlərdən daha çox səs toplayıb. Sözügedən oyun Fransa millisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Maraqlıdır ki, 2006-cı ildən təsis olunan "Mundialın ən gözəl qolu nominasiyasında ilk dəfə avropalı oyunçu qalib adını qazanıb. Bu vaxta qədər Maksi Rodrigez (Argentina - 2006), Dieqo Forlan (Uruqvay - 2010) və Xames Rodrigezin (Kolumbiya - 2014) qolları ən yaxşı adına layiq görülmüşdü.