Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Unikal.org-un məlumatına görə, bu gün qitənin ən mötəbər klub turnirində "Qarabağ da meydana çıxıb.

Ağdam klubu Albaniyada "Kukesinin qonağı olub. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimizqolsuz bərabərə qalıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 1-i Bakıda keçiriləcək.

Əlavə edəkki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE - HİK cütünün qalibi ilə qarşılaşacaq.