"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Kukesi" ilə səfər matçından (0:0) sonra fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, albaniyalı futbolçu ilk dəfə ölkəsindən olan kluba qarşı oynadığını və fərqli hisslər keçirdiyini deyib:

"Uzun illərdir "Qarabağ"da çıxış edirəm. Burda böyük təcrübə qazanmışam, gözəl anlar yaşamışam. İlk dəfə idi iki, Albaniya klubuna qarşı rəsmi oyunda çıxış etdim. Fərqli hisslər idi.

"Kukesi" yaxşı komadandır və ildən-ilə inkişaf edir. Bir neçə il əvvəl Albaniya komandası avrokubokların qrup mərhələsində çıxış etmişdi. Armando Kunqu bacarıqlı mütəxəssisdir. O da bunu bacaracaq məşqçilərdəndir.

"Tamaşanın ilk hissəsi başa çatdı. Artıq komandalar digər 90 dəqiqəni düşünməyə başlayacaqlar. Öz meydanımızda əlimizdən gələni edəcəyik. Futbolda son dəqiqəyə kimi vuruşmaq lazımdır".