"İnterin argentinalı hücumçusu Mauro İkardi həm meneceri, həm də həyat yoldaşı olan Vanda Nara ilə ayrıla bilər.

Unikal.org xəbər verir ki, Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona Nara ilə sevgi macərası yaşayır. Bu barədə Argentina mətbuatı məlumat yayıb. Argentinada televiziya verilişlərindən birinin aparıcısı, Maradonanın Nara ilə bir oteldə qaldığını açıqlayıb.

Vanda Nara İkardidən əvvəl digər argentinalı futbolçu Maksi Lopeslə evli idi. O, Lopeslə evli ola-ola İkardi ilə sevgi yaşayırdı. Daha sonra Lopesdən ayrılan Nara, İkardi ilə evlənmişdi.

İndi isə belə görünür o, İkardinin özünə də daha məşhur argentinalı sabiq futbolçu ilə xəyanət edir.