"Qarabağ"ın Türkiyənin "Bursaspor" klubundan heyətinə qatdığı Con Delarjın transfer qiyməti müəyyənləşib. 

Unikal.org  futbolarena.com saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı konqolu hücumçu üçün Türkiyə təmsilçisinə 170 min avro ödəyib. 

Qeyd edək ki, Con Delarj "Qarabağ"da 3 illik müqavilə bağlayıb.