Braziliyanın "Flamenqo klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, "qara qırmızılar Rusiyanın ÇSKA klubundan braziliyalı futbolçu Vitinyonu transfer edib. Bu barədə klubun rəsmi saytı xəbər verib.

"Flamenqo futbolçu üçün Moskva təmsilçisinə 8 milyon avro ödəyəcək. 24 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Vitinyo son mövsümdə ÇSKA-nın heyətində 46 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyənin "Qalatasaray" klubu da Vitinyonu transfer etmək istəyirdi.