"Atletiko "Fiorentinanın hücumçusu Covanni Simeoneni transfer etmək niyyətindədir.

Unikal.org xəbər verir ki, "hindular hücumçuya görə "Fiorentinaya rəsmi təklif göndəriblər. "Atletiko onu almaq üçün 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Ancaq "Fiorentina bu təklifdən imtina edib. Klub rəhbərliyi Simeoneni daha baha qiymətə satmağı planlaşdırır.

Covanninin klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. O, ötən mövsüm 38 oyunda 14 qol vurub.

Qeyd edək ki, Covanni Simeone "Atletikonun baş məşqçisi Dieqo Simeonenin oğludur.