"Romanın futbolçusu Leandro Kastan klubla müqaviləsini pozmaq istəyir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Kastan vətəninə - Braziliyaya qayıtmaq niyyətindədir. Məlumata görə, futbolçu karyerasını "Vasko da Qamada davam etdirməyi planlaşdırır.

31 yaşlı müdafiəçinin Braziliya klubu ilə müqavilə şərtlərini də razılaşdırdığı bildirilir.

Ancaq onun İtaliyadan ayrılması o qədər də asan başa gəlməyəcək. Kastanın "Roma ilə hələ iki illik müqaviləsi var.