UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ - "Kukesi (Albaniya) matçına bilet satışı davam edir.

Unikal.org xəbər verir ki, artıq oyuna 10 min bilet satılıb. Bu barədə klubun Feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, "Qarabağ - "Kukesi matçı avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq. Cütün ilk görüşündə 0:0 hesablı heç-heçə qeydə alınıb.