Azərbaycan millisinin və "Qarabağın baş məşqçisi Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr edilən tədbirdə iştirak edəcək.

Unikal.org xəbər verir ki, FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri və 6 konfederasiyanın üzvləri sentyabrın 23-də İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirə dəvət olunublar.

Məlumatı FİFA-nın saytı yayıb.

Təbdirdə ilin ən yaxşı məşqçisi və futbolçusu da məlum olacaq.