Uruqvay Futbol Federasiyasının prezidenti Vilmar Valdes istefa verib.

Unikal.org xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.

O, istefasının ailə məsələləri ilə əlaqədar olduğunu və şəxsi xarakter daşıdığını bəyan edib.

Qeyd edək ki, Valdes 2014-cü ildən UFF-ə rəhbərlik edirdi. Uruqvay yığması onun dövründə Rusiyada təşkil olunmuş DÇ-2018-də 1/4 finala qədər irəliləyib.