Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi "Kukesi"ni qəbul edəcək.

Unikal.org  xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanov rəhbərlik etdiyi kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.

"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo (Gürcüstan) - "Vikinqur (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

21:00. "Qarabağ (Azərbaycan) - "Kukesi (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.