İngiltərənin "Lester Siti" klubu Türkiyə millisinin və Almaniyanın "Frayburq" komandasının futbolçusu Çağlar Söyüncünü heyətinə qatıb.

Unikal.org "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı müdafiəçi üçün klubuna 19 milyon funt sterlinq ödəyib. Söyüncü yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Türkiyənin "Altınordu" klubu isə bu transferdən 40 milyon lirə qazanacaq.

Qeyd edək ki, Söyüncü "Altınordu"nun yetirməsidir. O, 2016-cı ildə 2,65 milyon avro qarşılığında "Frayburq"a keçib.