Topaz Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

Unikal.org-un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 21-ci dəqiqədə Asif Məmmədov açıb. Daha 2 qol fasilədən sonra vurulub. 63-cü dəqiqədə kapitan Ürfan Abbasov, 81-ci dəqiqədə isə yeni transfer Ceyms Adeniyi fərqlənib.
Bununla da "Qəbələ" Premyer Liqada ilk böyük hesablı qələbənin müəllifi olub. Yay fasiləsində məşqçilər heyəti və bir çox futbolçusunu yeniləyən "Səbail" isə ağır məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, turun açılış oyununda "Neftçi" səfərdə "Sumqayıt"ı yenib - 2:0.