Fransa nəhəngi PSJ növbəti transferinə hazırlaşır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, paytaxt klubu "Tottenhemin futbolçusu Kristian Erikseni transfer etmək istəyir. Paris təmsilçisinin 26 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilir.

2013-cü ildən "Tottenhemdə çıxış edən danimarkalı futbolçu 172 oyunda 41 qola imza atıb.