Argentina millisinin kapitanı Lionel Messi milli komandaya çağırılmaq istəmir.

Unikal.org xəbər verir ki, "Barselona"nın 31 yaşlı forvardı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və yeni baş məşqçi Lionel Skalonidən milli komandaya bir il çağırılmamasını istəyib. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

Xəbərdə Paulo Dibalanın millidə daha çox şans qazanacağı, Mauro İkardinin isə yenidən yığmaya çağırılacağı bildirilib.

Baş məşqçi Skaloninin "Real Sosyedaddan qapıçı Qeronimo Rulli, "Fiorentinadan German Pazella, "Ştutqartdan Santyaqo Askasibarı, "İnterdən isə yeni transfer Lautaro Martinesi milliyə dəvət edəcəyi qeyd olunub.