"Qarabağın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada "Şerifə qarşı keçirəcəyi ilk oyunun təyinatlar açıqlanıb.

Unikal.org xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi siə finlandiyalı Teuvo Holopainedir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.