Avropa oyunlarının qalibi, Avropa çempionu Rəsul Çunayev Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenan rütbəsinə layiq görülüb.

Unikal.org xəbər verir ki, bu barədə idmançı sosial şəbəkədə yazıb:

"Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim və həmin gün yetişdi. Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi cənab general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram".