Bir neçə ay əvvəl millət vəkili, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev Unikal.org-a verdiyi müsahibədə bəzi federasiyaları dələduz adlandırmışdı.

Millət vəkilinin dələduz adlandırdığı federasiyalardan biri də Faiq Rəfiyevin rəhbəri olduğu Azərbaycan Budo Federasiyasıdır.

Unikal.org-a danışan F.Rəfiyev millət vəkili ilə görüşüb, bununla bağlı söhbət etdiklərini deyib

"Hazırda mən ölkə xaricindəyəm. İşlə bağlı gəlmişəm. Federasiyamız fəaliyyətini davam etdirir. İdmançılarımız komandadadır, məşqlər keçirilir.

Adil Əliyevin müsahibədə dediklərini oxumuşam. Bizim Adil müəllimlə heç bir problemimiz yoxdur. Həmin müsahibədən sonra Adil Əliyevlə görüşmüşük. Ola bilsin, həmin vaxt onun bizdən incikliyi olub. Hazırda münasibətlər yaxşıdır. Düzdür əvvəllər bir az anlaşılmazlıq olmuşdu.

Budo Döyüş Növlərində "freeKontakt stili var. Onun qaydaları da kikboksa yaxındır. Problem də buradan yaranmışdı.

Sonda Faiq Rəfiyev özü və federasiyanın maddi durumu haqqında bəzi məlumatlar verib:

"Mən heç bir dövlət işində çalışmıram. Azərbaycan Budo Döyüş Növlərinin rəhbəriyəm.

Hazırda heç bir maliyyə dəstəyimiz olmadığı üçün çətinliklərimiz çoxdur. Buna görə bir-iki sponsor olacaq şəxslərlə görüşmüşük.

Maddi vəziyyətə görə idmançılarla aramızda heç bir problem yaranmayıb. Komandadakı hamı məni başa düşür. Yəni onların yaşadığını, mən də yaşayıram. Özüm də 21 ildir Bakıda kiraydə qalıram. Özümün nə evim, nə də maşınım var.