Bu gün Ağdamın "Qarabağ komandası Azərbaycan Premyer Liqasının üçüncü turunda "Azərsun Arenada "Neftçini qəbul edəcək.

Unikal.org xəbər verir ki, oyuna gələcək azarkeşlər avqustun 30-da UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Moldovanın "Şerif komandası ilə keçiriləcək qarşılaşma üçün biletlərini məhz "Azərsun Arenada ala biləcəklər.

"Azərsun Arenanın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.

Qeyd edək ki, "Qarabağ-"Şerif görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.