Azərbaycan Premyer Liqasının 3-cü turu "Neftçinin futbolçusu Dario Federiko üçün əlamətdar olub.

Unikal.org PFL-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında yubiley - 50-ci oyununu keçirib.

Ölkəmizdə 2015/16 mövsümündə debüt edən cənubi amerikalı fasilələrlə çıxış etdiyi Premyer Liqada iki klubun formasını geyinib. "Kəpəzdə 47 matçda 11 qola sevinən Dario, cari mövsümdən şərəfini qoruduğu paytaxt klubundakı 3 oyunda 1 dəfə fərqlənib.

Dario Azərbaycan çempionatlarında 50 və daha çox oyun keçirən 27-ci braziliyalıdır.