ABŞ-ın Sent-Luis şəhərində keçirilən beynəlxalq "Sinquefield Cup" turnirində 4-cü yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yenidən onu dəstəkləyənlərə müraciət edib. O dəstəyə görə hər kəsə təşəkkür edib. 

Unikal.org xəbər verir ki,  33 yaşlı qrossmeyster "facebook səhifəsində bunları yazıb: 

"Məni bu qədər sevməyinizə və hörmətə görə çox sağ olun. FIDE-nin yeni reytinqində xalım 2820 olacaq. Bunu sizin sevginizlə qazandıq. Çox sağ olun! Gərək yeni hədəfimiz olsun. Növbəti yarış Ümumdünya Şahmat Olimpiadası olacaq. Bu yarışda millimiz ilk dəfə medal qazanacaq, buna çox inanıram. Bu arada ABŞ-dakı turnir ərzində yanımda olan Rauf Məmmədova "çox sağ ol deyirəm. Müəllim və dost.

Qeyd edək ki, 43-cü Ümumdünya Şahmat Olimpiadası 23 sentyabr - 6 oktyabrda Gürcüstanın Batumi şəhərində baş tutacaq.