"Liverpulun futbolçusu Məhəmməd Salahla Misir Futbol Federasiyası arasında qarşıdurma davam edir.

Unikal.org xəbər verir ki, Salah sosial şəbəkədə yazdığı statusla federasiyanı yenə də tənqid edib. Bir müddət əvvəl federasiya Salahın simasından "WE Mobile şirkətinin reklamında istifadə etmişdi. Futbolçunun "Vodafone kompaniyası ilə müqaviləsi olduğu üçün bu məsələ narazılığa səbəb olub. Salahın yazdığı statusdan məlum olur ki, federasiya onun vəkillərinin məktublarına cavab vermir:

"Federasiya futbolçuların problemlərini həll edib, onlar üçün komfort şərait yaradırsa, bu, normaldır. Ancaq mənim məsələmdə bunun əksini görürəm.

Mənim və vəkillərimin məktublarının qəbul edilməməsi anormallıqdır. Başa düşmürəm, nə baş verir? Mənim məktublarıma cavab verməyə sizin vaxtınız yoxdur?