AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 2-ci turunun "Zirə - "Keşlə matçında "Zirənin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun "Şüvəlan - "Sumqayıt-2 matçının 36-cı dəqiqəsində "Sumqayıt-2-nin futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun "Qaradağ-Lökbatan - "Neftçi-2 matçında "Neftçi-2-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Topaz Premyer Liqasının 3-cü turunun "Zirə - "Sabah matçında "Zirənin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Topaz Premyer Liqasının 3-cü turunun "Qəbələ - "Sumqayıt matçının 77-ci dəqiqəsində "Sumqayıtın futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Topaz Premyer Liqasının 3-cü turunun "Qarabağ - "Neftçi matçının 66-cı dəqiqəsində "Qarabağın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunur.

Oyunun 70-ci dəqiqəsində "Qarabağ klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun "Qarabağ-2 - "Turan Tovuz matçında "Turan Tovuzun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun "Neftçi-2 - "Sabah-2 matçının 66-cı dəqiqəsində "Sabah-2-nin məşqçisi Alim Qurbanov qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun "Keşlə-2 - "Sumqayıt-2 matçında "Sumqayıt-2-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində "Keşlə klubunun futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra "Keşlə klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.