Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxışını başa vuran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avroliqada davam etdirir. Ağdam klubu bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Moldova "Şerifi ilə mübarizə aparır. Komandamız ilk oyunda bu rəqibinə minimal hesabla uduzub. Cavab görüşündə Qurban Qurbanovun komandası mərhələ adlamaq üçün mütləq ən azı 2 top fərqilə qalib gəlməlidi. 

Təmsilçimzin oyunundan başqa, bu gün daha 20 qarşılaşma baş tutacaq.

Yığmamızın üzvü Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstanın "Astana klubu Kipr APOEL-i ilə mübarizə aparır.

Türkiyənin "Beşiktaş klubu isə səfərdə heç-heçəyə razılaşdığı Serbiya "Partizanını mübarizədən kənarlaşdırmağa çalışacaq.

Avropa Liqası, pley-off mərhələsi

30 avqust

18:00. Astana (Qazaxıstan) - APOEL (Kipr) (0:1)
18:00. Ufa (Rusiya) - Reyncers (Şotlandiya) (0:1)
19:30. AEK (Larnaka, Kipr) - Trençin (Slovakiya) (1:1)
20:30. Kopenhagen (Danimarka) - Atalanta (İtaliya) (0:0)
20:30. Leyptsiq (Almaniya) - Zarya (Ukrayna) (0:0)
21:00. Apollon (Kipr) - Bazel (İsveçrə) (2:3)
21:00. ÇFR Kluj (Rumıniya) - Düdelanj (Lüksemburq) (0:2)
21:00. Ludoqorets (Bolqarıstan) Torpedo (Kutaisi, Gürcüstan) (1:0)
21:00. Makkabi (Təl-Əviv, İsrail) - Sarpsborq (Norveç) (1:3)
21:00. Molde (Norveç) - Zenit (Rusiya) (1:3)
21:00. Qarabağ (Azərbaycan) - Şerif (Moldova) (0:1)
21:15. Midtyulland (Danimarka) - Malmö (İsveç) (2:2)
22:00. Beşiktaş (Türkiyə) - Partizan (Serbiya) (1:1)
22:15. Şkendiya (Makedoniya) - Rusenborq (Norveç) (1:3)
22:30. Brondbü (Danimarka) - Genk (Belarus) (2:5)
22:30. Styaua (Rumıniya) - Rapid (Avstriya) (1:3)
22:30. Spartak (Trnava, Slovakiya) - Olimpiya (Sloveniya) (2:0)
22:45. Bordo (Fransa) - Gent (Belçika) (0:0)
22:45. Bernli (İngiltərə) - Olimpiakos (Yunanıstan) (1:3)
23:00. Seltik (Şotlandiya) - Suduva (Litva) (1:1)
23:45. Sevilya (İspaniya) - Siqma (Çexiya) (1:0)