Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Yolu keçmək istəyən piyada avtomobil tərəfindən vurularaq ağır xəsarət alıb. O, yaxınlıqdakıların köməyi ilə xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.