Şamaxıda toyda dava olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kərkənc kəndində baş verib. 

Kənddə keçirilən toy mərasimində baş verən davada, 1977-ci il təvəllüdlü Xaqani Oktay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb. 

X.Rüstəmov yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.