Bakıda oteldə turist ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Rich otelində qeydə alınıb.

Həmin oteldə Pakistan vətəndaşı, 65 yaşlı Nasir Sadiq otelin saunasında çimən zaman ürəktutmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.