Müqavilə üzrə xidmət edən erməni hərbçi, 28 yaşlı Vazgen Qagikoviç Xaçatryan işğal altında olan Qarabağda yol qəzasına düşərək həlak olub.

Unikal.org xəbər verir ki, hadisənin təfərrüatları araşdırılır.

Xatırladaq ki, bu gün erməni işğalçı ordusunun işğal altında olan Qarabağdakı hərbi hissələrindən birinin ərazisində 22 yaşlı hərbçi Vanik Arturoviç Gevorkyanın meyiti tapılıb.