Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Musayev Seymur Əmirdon oğlunu Zabrat qəsəbəsində minik avtomobili vurub.

Yaralı ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin orada vəziyyəti ağırlaşan uşaq özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.