Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşacaq.

Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləyib. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabıyla uduzub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Farer adaları ilə qarşılaşacaq.

Millətlər Liqası
D Liqası, 3-cü qrup

10 sentyabr

22:45. Malta - Azərbaycan
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).
Ta Qali. Milli stadion.

22:45. Kosovo - Farer adaları