Polşanın "Stal" klubunun futbolçusu Kristian Popela yol qəzasında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə 20 yaşlı gənc hücumçunun sabiq komandası - İtaliyanın "Kalyari" klubu məlumat yayıb.
O, hərəkətdə olarkən idarəetməni itirərək avtomobilini hasara çırpıb.
Qeyd edək ki, Kristian Popela 2016-cı ildə İtaliyanın "Kalyari" klubunun gənclər komandasında çıxış edib.