Avropa Klublar Assosiasiyası baş assambleya ərəfəsində Avropanın ən yaxşı klubunu müəyyənləşdirib.

Unikal.org xəbər verir ki, Madrid "Realı Avropanın ən yaxşı klubu elan olunub. Ən yaxşı qadın klubları isə "Arsenal və "Çelsidir.

Bundan əlavə, Belçikanın "Gent klubu sosial fəaliyyətinə görə mükafat alıb. "Zalsburq isə Avropanın ən çox inkişaf edən klubu adına layiq görülüb.

"Real 2017/2018 mövsümündə Çempionlar Liqasının qalibi olub.