Futbol üzrə Çexiya yığması baş məşqçisiz qalıb.

Unikal.org xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Karel Yarolim istefaya göndərilib. Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər.

Çexiya yığması ötən gün yoxlama oyunu çərçivəsində Rusiyaya 1:5 hesabıyla uduzub.

Yarolim 2016-cı ildən Çexiya yığmasını çalışdırırdı.