DÇ-2018-in qalibi olan futbol üzrə Fransa yığmasının kapitanı Huqo Loris məhkəmə qarşısına çıxıb.

Unikal.org xəbər verir ki, avqustun 24-də sərxoş halda avtomobil idarə edərkən yaxalanan İngiltərənin "Tottenhem klubunun futbolçusu buna görə bir gün həbsdə qalmış, amma zəmanətlə azadlığa buraxılmışdı.

Artıq 31 yaşlı qapıçı məhkəmə qarşısına da çıxıb və ona sərt cəza verilib. Belə ki, hakim Lorisin 20 ay müddətinə sürücülük hüququndan məhrum edildiyini bəyan edib. Britaniya məhkəməsi Lorisi 50 min funt-sterlinq məbləğində cərimə də edib.

Loris 2012-ci ildən "Tottenhemdə çıxış edir.