Türkiyə mətbuatı Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq komandaların növbəti mərhələyə yüksəlmək şanslarını əmsallarla açıqlayıb.

Unikal.org xəbər verir ki, "Qarabağın yer aldığı E qrupunda favorit "Arsenala 1,15 əmsal verilib. "Sportinqin qrupdan çıxmaq şansı 4 əmsal olaraq göstərilib. Ağdam təmsilçisinə isə 17 əmsal verilib. Qrupun autsayderi isə "Vorskla göstərilib - 40 əmsal.

Türkiyə təmsilçisi "Fənərbaxçanın mübarizə aparacağı D qrupunda favorit 2,20 əmsalla "bülbüllər sayılır. "Fənərin ən yaxın izləyicisi isə "Anderlext müəyyən olunub - 2,40 əmsal. D qrupunun digər komandası "Dinamonun şansı (Zaqreb) 3,75, "Spartakda (Trnava) 14 əmsalla dəyərləndirilib.

"Beşiktaş isə H qrupunda aşkar favoritdir. "Genk, "Malmö, "Sarpsborqun yer aldığı qrupda "qara qartallara 2 əmsal verilib.

Avropa Liqasının qrup mərhələsinin ilk oyunları sentyabrın 20-də keçiriləcək. İlk matçda "Qarabağ" səfərdə "Sportinq"in qonağı olacaq.