"Ştutqart"ın futbolçusu Benjamin Pavarın menecerlər vasitəsi ilə "Barselonaya təklif edildiyini xəbər vermişdik.

Unikal.org xəbər verir ki, fransalı futbolçu ilə "Yuventus da maraqlanır. Bu barədə İtaliya və Fransa mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, 22 yaşlı müdafiəçinin "Ştutqartda qalması mümkünsüz görünür.

Pavar Fransa millisi ilə DÇ-2018-də sərgilədiyi oyunla Avropa klublarının diqqət mərkəzinə düşmüşdü. Futbolçu ilə "Mançester Siti və "Bavariya da yaxından maraqlanırdı.

"Ştutqartla 2021-ci ilədək müqaviləsi olan müdafiəçi, keçən mövsüm keçirdiyi 36 oyunda 1 qolla yadda qalıb.