Qayınatasını döydüyünə görə, həbs olunan 5 qat dünya çempionu Ehram Məcidov apelyasiya şikayəti verib.

Unikal.org xəbər verir ki, dünya çempionunun məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində baş tutub.

Qeyd edək ki, 5 qat dünya çempionu Ehram Məcidov Cinayət Məcəlləsinin 221.3. və 127.2 maddəsi ilə təqsirli bilinir. O Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. (10:54)

***



Qayınatasını döydüyünə görə, həbs olunan 5 qat dünya çempionu Ehram Məcidov apelyasiya məhkəməsi günün ikinci yarısına kimi təxirə salınıb.

Bununla bağlı Unikal.org-a vəkil Vüqar Tümasov məlumat verib.