Bakıda 11 məktəbə yeni direktorlar təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə "Reportun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.

"Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib- deyə İdarədən məlumat verilib.