TürkiyəninSamsun şəhərində sükan arxasında həyat yoldaşıyla mübahisə edən mikraavtobus sürücüsü qəza törədib.

Unikal.org xəbər verir ki, o idarə etməni itirərək yol kənarındakı maneyəyə çırpılaraq aşıb. Qəza nəticəsində 5 nəfər yaralanıb. Hadisə Samsunun Çərşəmbə mahalı Samsun-Ordu şoseyolu 18-ci kilometrində baş verib.

34 yaşlı Orhan Tozmaz azərbaycanlı həyat yoldaşının bacısı Dinar İlyasovaya Samsunda müvəqqəti vətəndaşlıq almaq üçüb həyat yoldaşı, baldızı və uşaqları ilə birlikdə mikroavtobusla yola çıxıb.

Orhan Tozmaz sükan arxasındaykən həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Bu zaman o idarə etməni itirərək ağaca, sonra maneyəyə çırpılaraq aşıb. Qəza nəticəsində avtomobil tərsinə çevrilib.

Hadisədən nəticəsində sürücü Orhan Tozmaz, Samsun On doqquz May Universiteti Fən Ədəbiyyat Fakültəsinin Türk dili ədəbiyyatı üzrə təhsil alan azərbaycanlı yoldaşı 33 yaşlı Fərqanə Tozmaz, 4 yaşlı oğlu Ferhan Tozmaz, 7 yaşlı qızı Sude Nur Tozmaz və baldızı 2 uşaq anası 29 yaşlı Dinar İlyasova yaralanıb.

Qəzadana sonra Orhan Tozmozun baldızı ona sərt reaksiya verib.