15 İyul 2019
Bu müəllimlərə fəxri ad verildi - SƏRƏNCAM
Bu müəllimlərə fəxri ad verildi -SƏRƏNCAM CƏMİYYƏT 18:23 2018-09-14

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 14-də "Əməkdar müəllim fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Babayeva Şərafət Akif qızına, Cəfərova Tərifə Abdulla qızına, Əhmədova Zəhra Yusif qızına, Əliyeva Mənsumə Hacı qızına, Əliyeva Samirə Vaqif qızına, Hacıyeva Hicran Firudin qızına, Həsənova Turan Vaqif qızına, İsgəndərova Xanım İboş qızına, Mehdiyeva Məhəbbəd Sultan qızına, Məmmədov Mayis Əli oğluna, Məmmədova Südabə Nəriman qızına, Novruzova Kəmalə Məsmalı qızına "Əməkdar müəllim fəxri adı verilib.
Qeyd edək ki, Ali Məclisin Sədri hər il Bilik Günü münasibətilə muxtar respublikada səmərəli fəaliyyəti ilə fərqlənən müəllimləri təltif edir.