Yəmənin şərqində ərəb koalisiyasının helikopteri qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, qəza nəticəsində pilot və onun köməkçisi həlak olub.

Qəzaya texniki nasazlığın səbəb olduğu deyilir.

Hadisə Yəmənin Omanla sərhədində yerləşən əl-Mahra əyalətində baş verib. Helikopter hərbi missiyanı həyata keçirərkən qəzaya uğrayıb.