16 İyun 2019
15 İyun 2019
Firdovsi Umudov 23 il əvvəl - Pəhləvanlar meydanında - VİDEO
 Firdovsi Umudov 23 il əvvəl  - Pəhləvanlar meydanında - VİDEO İDMAN 13:29 2018-09-19

Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov 23 il əvvəl Avropa çempionatında bürünc medal əldə edib.

Unikal.org F.Umudovun 1995-ci ildə Almaniyanın Viten şəhərində sərbəst güləş üzrə Avropa çempionatı zamanı çəkilən görüntülərini əldə edib.

Gərgin keçən döyüşlərdən sonra güləşçi F.Umudov çempionatın bürünc medalını qazanıb. Yarış keçiriləndə F.Umudovun 18 yaşı olub.

Qeyd edək ki, F.Umudov məşqçilikdən əlavə, idmançı kimi də bir çox uğurlara sahibdir. O, dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa birinciliyinin bürünc, tələbələrin dünya çempionatının gümüş mükafatçısı və Dünya Kubokunun qalibi olub. 2005-ci ildən Azərbaycanın sərbəst güləş üzrə milli komandasında məşqçi kimi çalışır. 2009, 2012, 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə isə dünyanın "ən yaxşı məşqçisi adına layiq görülüb.

Xatırladaq ki, idman ustası və əməkdar məşqçi F.Umudov ölkə başçısı tərəfindən "Şöhrət ordeni (2012), "Tərəqqi medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif edilib.

Firdovsi Umudov 2015-ci ildə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən polkovnik-leytenant hərbi rütbəsi ilə təltif olunub.