15 Dekabr 2018
14 Dekabr 2018
İcra başçısı növbəti dəfə səyyar qəbul keçirdi - FOTOLAR
CƏMİYYƏT 17:35 2018-09-19

Bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən R.Rüstəmov küçəsi 13, 13a, 17, K.Balakişiyev küçəsi 46a, 48 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, kanalizasiya sisteminin təmir edilməsi, binaların dam örtükləri və girişlərinin təmir olunması, məhəllədəki ağacların suvarılması üçün su kranlarının qoyulması,ağacların budanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.