Bakıda kafedə partlayış olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Nobel prospektində olan Xəzər kafesində baş verib.

Xəzər televiziyasının yaxınlığındakı kafedə baş verən partlayış nəticəsində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananların olub-olmaması ilə bağlı məlumat yoxdur.