Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Özbəkistan səfəri ilə bağlı hava limanına gedərkən yol üstündə baş vermiş qəzada yaralananlara kömək etmək üçün xidməti avtomobilindən düşüb.

Unikal.org yerli KİV-ə istinadən bildirir ki, TBMM sədri yaralılara yaxınlaşaraq onlara kömək edib.

Binəli Yıldırımın həkimləri isə yaralılara ilk tibbi yardımı göstəriblər.