10 Dekabr 2018
İsmayıllıda 24 yaşlı qız sirkə turşusu içdi
HADİSƏ 2018-09-23 23:57:25
  • A

 İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə Talıstan kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Günel Mirağa qızı Abdullayeva sirkə turşusu içərək özünü öldürmək istəyib. Hadisədən xəbər tutan G.Abdullayevanın valideynləri onu dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən G.Abdullayevanın vəziyyəti ağırdır. 

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.